Boşanmalara və “petlə”liyə qarşı universal resept


Digərləri 26 Sen 2019 21:40:00 258 0

Boşanmalara və “petlə”liyə qarşı universal resept

Son günlərdə ən çox müzakirə edilən mövzulardan biri də siyasət adamı olan Fuad Qəhrəmanlının ailsənidə baş verən hadislərdir. Hər məsələdə olduğu kimi, bu dəfə də fərqli rəylər səsləndi: bəziləri "üsyankar" qızı, bəziləri isə "zalım" atanı qınadılar. Müzakirələri siyasi müstəviyə keçirənlər də oldu. Əlbəttə ki, kiminsə ailə məsələsinə, şəxsi həyatına müdaxilə təqdir oluna bilməz. Biz də bilavasitə fərdlərə deyil, hadisəyə ümumiləşdirilmiş, bir qədər fərqli rakursdan fikir bildirmək istərdik.

Son.az islam.az-a istinadən bildirir ki, ailə zorakılığı mövzusu Azərbaycanda həmişə aktual olub. Kişinin həyat yoldaşına bir şillə vurması yaxın keşmişdə əksər zaman sıravi məişət hadisəsi, məsələn, uşağın divandan yıxılması və ya soyuducunun xarab olması kimi dəyərləndirilib. Son zamanlar boşanmaların artması da qismən, bəlkə də əsasən məhz bu amillə bağlıdır. Əgər əvvəllər belə ailələrdəki problem qohumlar, ağsaqqallar tərəfindən həll edilirdisə (əsasən qadına ərinin bütün hoqqalarına dözmək tövsiyyə edilirdi, hər hansı boşanma isə nəsilə vurulan ləkə kimi qəbul olunurdu), indi vəziyyət kardinal şəkildə dəyişib. Artıq ailənin dağılması xalqın böyük hissəsi üçün dəhşətli bir şey kimi dəyərləndirilmir. Nəticə də, qeyd etdiyimiz kimi, boşanmaların sayının sürətlə artmasıdır.

Nəzər saldığımız sahəyə cavabdeh olan dövlət strukturları, QHT-lər və sair cəmiyyətlər çıxış yolunu arayır, hansısa məsləhətlər verir, maarifləndirici simpoziumlar, toplantılar keçirir, Qərbi bizə nümunə göstərirlər. Bir bədbin proqnoz verək: hər şey elə belə də davam etsə, bunların heç bir effekti olmayacaq və ailə institutu, o dəyər ki, azərbaycanlılar onun möhkəmliyi ilə həmişə qürur duyurdular, ildən ilə tənəzzülə uğrayacaq. Çünki seçilən yol səhvdir. Bütün metodik üsulları, Qərbdən oğurlanan variantları kənara atıb azərbaycanlı kişisinə (elə qadınına da) ailəyə dair İslami dəyərləri, dinin qanunlarını öyrətmək lazımdır. Bu təklifə cavab olaraq dindən bixəbərlər, İslama fürsət düşən kimi tənə vurmaq arzusunda olanlar "kişinin arvadını döyməsi elə əsl müsəlmançılıqdır da!" deyə diqqəti fərqli səmtə yönəltmək istəyəcəklər. Amma elə dərd də burasındadır ki, əsl müsəlman, İslami dəyərlər üzərində qurulan ailədə məişət zorakılığına, şiddətə yer yoxdur. Özünü müsəlman sayanlar özlərinə bir qədər əziyyət verib dinlərini, dinin qanunlarını öyrənsəydilər, nə bu qədər ailə dağılardı, nə bu qədər qadına zülm olunardı, nə də bu qədər uşaq valideyn qayğısından məhrum olardı. "Uşaq" demişkən, bir az da Fuad Qəhrəmanlının qızının timsalında uşaq tərbiyəsi haqqında...

Azərbaycan tolerant ölkədir. Burada istənilən dinin nümayəndələri, həmçinin heç bir dinə etiqadı olmayanlar çox sakit və aram həyat sürürlər. Amma etiraf edək ki, heç bir müsəlman övladının digər dinə üz tutmasını istəməz. Necə ki, başqa dinin müayəndəsi də övladının İslamı qəbul etməsinə sevinməz. Bu övlad hələ anormal cinsi oriyentasiyaya da malikdirsə... Yəqin ki, heç bir ata-ana belə imtahandan keçmək istəməz.

(adsgarden = window.adsgarden || []).push({});