Polşa Azərbaycanı vacib iqtisadi tərəfdaş hesab edir


Digərləri 26 Sen 2019 21:11:00 255 0

Polşa Azərbaycanı vacib iqtisadi tərəfdaş hesab edir

Azərbaycan Polşanın Cənubi Qafqaz regionunda daha vacib siyasi və iqtisadi tərəfdaşına çevrilir.

Son.az bildirir ki, bunu Trend-ə Polşa İnvestisiya və Ticarət Agentliyinin Bakıdakı xarici ticarət nümayəndəliyinin direktoru Elnarə Məmmədova deyib.

Onun sözlərinə görə, 2018-ci ilin iyulunda Polşanın Bakıda ticarət nümayəndəliyi açılıb:

"Fəaliyyətə başladığı gündən nümayəndəlik 233 Polşa və 45 Azərbaycan şirkətinə xidmət göstərib. Bizə qida, kosmetika sənayesi, səhiyyə, tikinti, İT kimi sahələrdə işləyən şirkətlər müraciət edir".

Direktor qeyd edib ki, Bakıdakı ticarət nümayəndəliyi iki ölkə arasında biznes əlaqələrinin qurulması olan bir sıra tədbirlər keçirib:

"2019-cu ilin mayında hər iki ölkənin prezidentlərinin iştirakı ilə Azərbaycan-Polşa biznes forumu təşkil olunub. Forumda Polşa və Azərbaycan şirkətlərinin 100-dək nümayəndəsi iştirak edib. Forum çərçivəsində əməkdaşlıq haqqında 7 memorandum imzalanıb. Bu sənədlər iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın genişlənməsində müsbət rol oynayacaq".