İntim tərbiyəni uşağa kim öyrətsin?


Digərləri 26 Sen 2019 20:39:00 247 0

İntim tərbiyəni uşağa kim öyrətsin?

Bu gün dünyanın bir çox ölkələrində məktəblərdə cinsi tərbiyə tədris olunur. Bu ölkələr sırasında İsveç, Finlandiya, Hollandiya, Fransa, Danimarka, ABŞ və digərlərini misal göstərə bilərik. Bir çox modellərinə görə birinci və daha üstün olan İsveç məktəblərində 1956-cı ildən etibarən məcburi olaraq cinsi tərbiyə proqramı tədris olunur. 7 yaşından etibarən şagirdlərə verilən ilk cinsi tərbiyə dərslərində onlara qadınla kişi arasındakı fərq, uşağın necə yaranması, cinsiyyət orqanları, masturbasiya, boşalma, hamiləlikdən və cinsi yolla keçən xəstəliklərdən qorunma, mayalanma, abort kimi bir çox məsələlər tədris olunur.

İsveç təhsil modelini təqib edən ölkələrdən biri də Danimarkadır. Bu ölkədə həm də cinsi əlaqə zamanı iki şəxsin bir-birinə hörməti, bu münasibətin məsuliyyətinin nədən ibarət olması da aşılanır.

Fransada belə bir proqramın tədris olunmasında əsas hədəf HİV-ə yoluxmaların sayını azaltmaqdır. 

Lakin bu cür proqramlar bəzi hallarda razılıqla qarşılanmır. Hazırda Böyük Britaniya məktəblərində cinsi tərbiyə proqramı 6-10 yaşlı uşaqları əhatə edir. 240-dan artıq məktəbdə tədris edilən proqrama xüsusən müsəlman valideynlərin bir qismi etiraz edir.

Böyük Britaniyanın təhsil ekspertləri isə belə hesab edirlər ki, hətta bir çoxları bunu çirkin iş kimi dəyərləndirsə də, uşaqların cinsiyyət orqanlarına toxunmaları, bu haqda daha ətraflı məlumat almaları normaldır.

Bir çox ölkələrin təcrübəsindən çıxış edərək belə qənaətə gəlmək olar ki, belə tədris proqramı ilə həm arzuolunmaz hamiləliklərin baş verməsinin qarşısını almaq, həm də bu gün dünyanın ən böyük bəlasına çevrilən, cinsi yolla keçən infeksion xəstəliklərin artmasını əngəlləmək mümkün olar.

Maraqlıdır, bəzi ölkələrdə məcburi tədris edilən bu proqram Azərbaycanda necə, reallaşa bilərmi?

Son.az bildirir ki, psixoloq Azad İsazadə Sputnik Azərbaycan-a açıqlamasında belə bir təhsil proqramının yarada biləcəyi təsirlərdən söz açıb: "Toxunma masturbasiyanın ilkin növlərindən biridir. Bəzi xarici ölkələrdə məktəblərdə bunu uşaqlara peşəkarcasına öyrədirlər. Böyük Britaniyanın təhsil sisteminin qabaqcılları belə düşünürlər ki, bunu edən onsuz da edir. Yəni belə düşünürlər ki, küçədə, dostların arasında nəyisə öyrənməkdənsə, bunu təhsil sistemində öyrənmək daha məqsədəuyğundur".

"Dərsdə, sinifdə hamı ilə birgə praktiki olaraq intim həyatın ilk formalarını öyrənmək düzgün deyil. Kütlə içində belə bir addım atmaq onda vərdiş də yarada bilər və həmin şəxs artıq camaatın içində də bunu etməyə adətkar ola bilər", - deyə ekspert əlavə edib.

(adsgarden = window.adsgarden || []).push({});