Azərbaycanla İsveçrə arasında ətraf mühit üzrə əməkdaşlıq müzakirə olunub


Digərləri 26 Sen 2019 19:21:28 214 0

Azərbaycanla İsveçrə arasında ətraf mühit üzrə əməkdaşlıq müzakirə olunub

İsveçrənin Azərbaycandakı yeni səfiri ilə görüş keçirilib.

Bakı. Ekologiya və Təbii Sərvətlər Nazirliyində İsveçrənin Azərbaycandakı yeni səfiri xanım Müriel Peneveyre ilə tanışlıq görüşü keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və İsveçrə arasında ətraf mühit üzrə mövcud əməkdaşlıq perspektivləri və gələcək planlar müzakirə olunub.