“Youtube”da milyonlarla baxış toplayan azərbaycanlı müğənnilər


Şou-biznes 26 Sen 2019 19:19:00 306 0

“Youtube”da milyonlarla baxış toplayan azərbaycanlı müğənnilər

Hər nə qədər bayağı mahnıları tənqid edib, onları aşılamamağa çalışsaq da, sosial media buna imkan vermir.

Xüsusilə, "Youtube" video hostinqi və trend anlayışı bu istəklərimizi alt-üst edir. Gündəm nə qədər dəyişsə də, ən çox baxılan və görülən paylaşımlar dəyişmir.

Son.az axşam.az-a istinadən "Youtube"da ən çox izlənilən və dinlənilən azərbaycanlıların siyahısını təqdim edir:

10-cu pillədə 2015-ci ildə təqdim edilmiş Əməkdar artist Röya Ayxanın "Kesin bilgi" mahnısı yerləşir. İfa 20 milyona yaxın izlənmə sayı toplayıb.

Müğənni Zamiq Hüseynovun "Kaman" adlı ifası isə 23 milyon baxış sayı toplayıb.

Talıb Talenin "Bilirsənki" mahnısını remiks etdirməsi ona 25 milyon izlənmə bəxş edib.

7-ci yerdə Aysel Teymurzadə və Araşın "Eurovision"da bizə üçüncülük gətirən mahnısı "Always" qərarlaşıb. Mahnıya 32 milyon dəfə baxılıb.

Şəbnəm Tovuzlu "Xəstəyəm" adlı ifası ilə 6-cı pillədə 36 milyon baxış sayı yığıb.