Paşinyanın reytinqi dibə vurdu
Dünya 26 Sen 2019 18:54:00 317 0
Ermənistanın baş naziri Nikol Paşinyanın reytinqi kəskin şəkildə aşağı düşüb.
Son.az Virtualaz.org-a istinadən bildirir ki, sosial şəbəkələrdə hökumət başçısının vətəndaşlar arasında nüfuzunu müəyyən etmək üçün rəy sorğusu keçirilib. Sorğu nəticəsində məlum olub ki, Paşinyanın reytinqi 25 faizə düşüb.
"Hakimiyyətdaxili istifadə məqsədi ilə keçirilən gizli sosioloji sorğuda bu rəqəm çoxluq təşkil edib. Bir ay əvvəl keçirilən sorğunun nəticələrinə əsasən, Paşinyanın reytinqi 45 faizədək düşüb. Bu, sorğu onun ABŞ-a səfərindən və güc strukturları başçılarının istefasından əvvəl keçirilib", - məlumatməlumatda əlavə edilib.
Qeyd edilir ki, 2019-ci il dekabrın 9-da Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində Paşinyanın rəhbərlik etdiyi "Mənim addımım" bloku 70,43 faiz səs toplayıb.