Portlənddə yaşayan azərbaycanlıların təşkilatlanması müzakirə olunub (FOTO)


Digərləri 26 Sen 2019 18:50:10 228 0

Portlənddə yaşayan azərbaycanlıların təşkilatlanması müzakirə olunub (FOTO)

ABŞ-da səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Meyn ştatının Portlənd şəhərində yaşayan azərbaycanlılarla görüşü keçirilib.

Bakı. ABŞ-da səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Meyn ştatının Portlənd şəhərində yaşayan azərbaycanlılarla görüşü keçirilib. Komitədən Trend-ə verilən məlumata görə, tədbirdə azərbaycanlı və türk icmasının nümayəndələri, dünyanın müxtəlif ölkələrindən gələn qonaqlar iştirak ediblər. Görüş zamanı Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini əks etdirən videomaterial nümayiş etdirilib, Azərbaycan Diasporuna Dəstək Fondunun fəaliyyət istiqamətləri və fonda müraciət formaları, ölkəmizin diaspor siyasəti, Vətənimizin müxtəlif tarixi mərhələlərdə inkişafı, qadınlara seçki hüququnun verilməsinin tarixi, beynəlxalq əlaqələr, xüsusən də Dağlıq Qarabağ problemi barədə ətraflı məlumat verilib. Portlənddə yaşayan azərbaycanlıların təşkilatlanması, onların müxtəlif platformalar üzərindən birləşməsi üçün atıla biləcək addımlardan, dünyada Vətənimizin daha da yüksək səviyyədə tanıdılma üsullarından danışılıb. Bu mövzular ətrafında icma üzvlərinin təklifləri dinlənilib və maraqlı fikir mübadiləsi aparılıb.