Ermənilərə şok: Anlayın, Putin İrəvana gəlmir, iclasa gəlir


Dünya 26 Sen 2019 18:37:00 302 0

Ermənilərə şok: Anlayın, Putin İrəvana gəlmir, iclasa gəlir

Rusiya Prezidenti Vladimir Putinin Ermənistana səfəri kifayət qədər soyuq olacaq.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bunu "168 Jam" qəzetinə müsahibəsində erməniyönlü rus politoloq Modest Kolerov deyib.

"Bir şeyi diqqətdə saxlayın, Putin Ermənistana yox, Avrasiya İttifaqının Ali Şurasının İrəvanda keçirilən iclasına gəlir. Yəni gündəmdə Avrasiya İttifaqıdır. Vacib olan erməni tərəfinin dəqiq gündəm formalaşdırmasıdır.

Siz gündəminizi deyin, Rusiya tərəfi qərarını versin. Rusiya tərəfi hər zaman siyasi avans təqdim edir", - deyə o bildirib.