Bakıda küçə sənətçisi kimi işləmək istəyənlərin NƏZƏRİNƏ


Digərləri 26 Sen 2019 18:14:00 246 0

Bakıda küçə sənətçisi kimi işləmək istəyənlərin NƏZƏRİNƏ

"Bakıda küçə sənətçisi kimi fəaliyyət göstərmək istəyənlərin seçiminə gələn həftənin əvvəlindən başlanılacaq".

Son.az xəbər verir ki, bunu Trend-ə Bakı Turizm İnformasiya Mərkəzinin (BTİM) direktoru Rüfət Bağırov deyib.

Onun sözlərinə görə, küçə sənətçisi kimi fəaliyyət göstərmək üçün BTİM-ə təxminən 15 nəfər müraciət edib. Həmin sənətlərin seçimi təxminən 1 həftə davam edəcək. Sənətçiləri Dövlət Turizm Agentliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Bakı Şəhəri üzrə İcra Hakimiyyəti, Dənizkənarı Bulvar İdarəsi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin nümayəndələrindən ibarət komissiya üzvləri seçəcək.

R.Bağırov qeyd edib ki, seçim zamanı müsbət rəy alan sənətçilərlə müqavilə bağlanılacaq:

"Seçim bitəndən 1 həftə sonra onlar Bakının Nizami küçəsində, İçərişəhərdə və Dənizkənarı Bulvar ərazisində müəyyən edilmiş 20-25 yerdə çıxış edə biləcəklər. Seçimdən keçənlər fəaliyyət göstərmək üçün heç bir rüsum ödəməyəcək və qazandıqları bütün vəsaitlər özlərinə qalacaq".

R.Bağırov sənətçilərin iş saatının onların özləri tərəfindən müəyyən ediləcəyini də söyləyib.

(adsgarden = window.adsgarden || []).push({});