Ərdoğan zəlzələdən DANIŞDI


Dünya 26 Sen 2019 17:14:00 213 0

Ərdoğan zəlzələdən DANIŞDI

Bu gün İstanbulda baş vermiş zəlzələ nəticəsində 8 nəfər yaralanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu rəqəmi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

Türkiyə Prezidentinin sözlərinə görə, zəlzələ nəticəsində şəhərin bəzi yerlərində binalarda çatlar da əmələ gəlib.

R.T.Ərdoğan qeyd edib ki, bu saata qədər 28 yeraltı təkan qeydə alınıb.