Beş piyadanın üzərindən keçən azərbaycanlı azadlığa buraxıldı


Kriminal 26 Sen 2019 17:44:00 244 0

Beş piyadanın üzərindən keçən azərbaycanlı azadlığa buraxıldı

Rusiyanın Kuybışevski rayon məhkəməsində 30 yaşlı Murad Qasımovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, 2019-cu ilin fevral ayında Nevski prospektində iki nəfərin ölümü, üç piyadanın xəsarət almasına səbəb olan hadisə yenidən araşdırılır.

Qəzadan sonra günahkar azadlıqdan məhrum edilsə də, istintaqın uzanması nəticəsində həbs müddəti başa çatıb və avqustun sonunda məhkəmə onu müəyyən məhdudiyyətlərlə şərti azad etmək məcburiyyətində qalıb.

Zərərçəkənlər buna etiraz edərək işə daha diqqətli baxılmasını tələb edib. Hazırda istintaq bütün maddi dəlillərin detallı araşdırılması məqsədilə davam etdirilir. Hadisə zamanı zərərçəkmiş beş piyadadan dördü iddia ərizəsi ilə çıxış edir.

Ölmüş piyadalardan birinin vəkilinin sözlərinə görə, həlledici məhkəmənin tarixi iki oktyabra təyin edilib. 

Xatırladaq ki, M.Qasımov aprelin 24-də Sankt-Peterburqun Nevsk prospektində səki ilə hərəkət edən beş piyadanı vurub. Onlardan ikisi hadisə yerində keçinib, üç nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. 

(adsgarden = window.adsgarden || []).push({});