Nazir: "UNESKOnun komitə sessiyasının Bakıda keçirilməsini istəməyənlər var idi"


Siyasət 26 Sen 2019 17:34:00 87 0

Nazir: "UNESKOnun komitə sessiyasının Bakıda keçirilməsini istəməyənlər var idi"

Bu gün Bakıda UNECKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının yekunlarına həsr olunan tədbir keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev deyib ki, bu ilin noyabrında Azərbaycan iyulun 1-dən 10-dək Bakıda keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının yekunları ilə bağlı hesabatı UNESKO-nun Baş Assambleyasına təqdim edəcək.

Ə.Qarayev Təşkilat Komitəsi adından Prezident İlham Əliyevə təşəkkür edib: "Prezident Təşkilat Komitəsinin üzvlərini və tədbirdə fəallıq göstərmiş şəxsləri mükafatlandırıb. Bu sessiyanın Azərbaycan üçün əhəmiyyəti odur ki, Azərbaycanın Şəki şəhəri UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Əgər Birinci vitse-prezident Mehriban Əliyeva şəxsən bu işin gedişatına rəhbərlik etməsəydi, son nəticədə Ümumdünya İrs Komitəsinə Azərbaycanın layiqli faylı təqdim edilməsəydi, bu layihənin gerçəkləşməsi mümkün olmayacaqdı. Hesab edirəm ki, bu, Azərbaycan xalqının ümumi qələbəsi kimi qəbul edilməlidir. Lakin biz həmişə dərk etməliyik ki, bu qələbənin arxasında böyük bir əmək, böyük bir əzmkarlıq, siyasi müdriklik dayanır. Bu, Azərbaycanın qələbəsi ilə yanaşı, həm də onun məsuliyyəti deməkdir".

Nazirin sözlərinə görə, sərhədimizdən kənarda bu komitənin Bakıda keçirilməsini istəməyən qüvvələr var idi: "Ermənistan bütün gücü ilə buna əngəl olmağa çalışırdı. Amma biz buna mane olduq və onun Bakıda keçirilməsinə nail olduq. Ədalət zəfər çaldı, tədbir Azərbaycanda yüksək səviyyədə keçirildi. Reallıq odur ki, bu gün "Youtube"da ən çox baxılan videolardan biri sessiyanın açılışında təşkil edilən konsertdir. Azərbaycan müxtəlif televiziya verilişlərində çox müasir, mədəni, tarixi olan ölkə kimi tanıdıldı. Bu da tədbirin əhəmiyyətli tərəflərindən biri idi".

Ə.Qarayev deyib ki, Azərbaycan UNESCO-nun Dünya İrs Siyahısına daxil olan abidələrinə çox həssaslıqla yanaşır: "Bu sessiyaya qədər İçərişəhər, Qobustan və Qız qalası Ümumdünya İrs Siyahısına daxil idi. Sessiyaya gələn qonaqlar da İçərişəhərə necə məsuliyyətlə yanaşdığımızı gördülər. Bu tədbirdə Şəkinin Dünya İrs siyahısına daxil edilməsinin əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Prezidenti bir sıra şəxslərin təltif edilməsi haqqında sərəncam verdi".

Tədbirdə Prezident İlham Əliyevin sərəncamı ilə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası ilə əlaqədar təltif edilmiş şəxslərə mükafatlar təqdim edilib.

Paytaxtda üçotaqlı ev yanıb like
  • 26 Sen 17:30  
Digərləri Paytaxtda üçotaqlı ev yanıb

Bakının Nizami rayonunda ümumi sahəsi 100 kv.m olan birmərtəbəli evdə ya

arrow Ətraflı
Ata olduğu deyilən xalq artisti DANIŞDI: “Ola bilər” like
  • 26 Sen 17:29  
Şou-biznes Ata olduğu deyilən xalq artisti DANIŞDI: “Ola bilər”

ARB TV-nin "Elgizlə İzlə" verilişində xalq artisti Mübariz Ta

arrow Ətraflı
Boston azərbaycanlıları ilə görüş keçirilib (FOTO) like
  • 26 Sen 17:25  
Digərləri Boston azərbaycanlıları ilə görüş keçirilib (FOTO)

ABŞ-a səfər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin nü

arrow Ətraflı
Məşhur ulduzlar “Millionaire Estate Baku”da like
  • 26 Sen 17:24  
Kriminal Məşhur ulduzlar “Millionaire Estate Baku”da

Sentyabrın 27-dən 30-dək Dreamland Baku-da "Holiday Group" və &quo

arrow Ətraflı
Nazir: UNESCO-nun komitə sessiyasının Bakıda keçirilməsini istəməyənlər var idi like
  • 26 Sen 17:19  
Digərləri Nazir: UNESCO-nun komitə sessiyasının Bakıda keçirilməsini istəməyənlər var idi

Bu gün Bakıda UNECKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının y

arrow Ətraflı
Narkomanlarla sakinlər arasında GƏRGİNLİK like
  • 26 Sen 17:19  
Digərləri Narkomanlarla sakinlər arasında GƏRGİNLİK

Şəhərin mərkəzi - Yasamal rayonu, Şərifzadə küçəsi 229. yaşayış bi

arrow Ətraflı
Teymur Rəcəbov Dünya kubokunun ilk yarımfinalından sülhlə ayrıldı like
  • 26 Sen 17:19  
İdman Teymur Rəcəbov Dünya kubokunun ilk yarımfinalından sülhlə ayrıldı

Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə Dünya K

arrow Ətraflı
Ərdoğan zəlzələdən DANIŞDI like
  • 26 Sen 17:14  
Dünya Ərdoğan zəlzələdən DANIŞDI

Bu gün İstanbulda baş vermiş zəlzələ nəticəsində 8 nəfər yaralanıb.

arrow Ətraflı
İstanbulda zəlzələ məscidin minarəsini dağıtdı  VİDEO like
  • 26 Sen 17:11  
Dünya İstanbulda zəlzələ məscidin minarəsini dağıtdı VİDEO

İstanbulda baş vermiş güclü zəlzələ nəticəsində məscidlərdən birin

arrow Ətraflı
Sentyabrın 27-ə manatın məzənnəsi like
  • 26 Sen 17:10  
Digərləri Sentyabrın 27-ə manatın məzənnəsi

Sentyabrın 27-ə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
Səhhəti pisləşdiyi deyilən Rasim Balayev: “Onlar adamı öldürərlər” like
  • 26 Sen 17:09  
Şou-biznes Səhhəti pisləşdiyi deyilən Rasim Balayev: “Onlar adamı öldürərlər”

ARB TV-nin "Elgizlə İzlə" verilişində səhhəti pisləşdiyi x

arrow Ətraflı
Gəncədə istifadəyə yararsız 294 kiloqram inək əti aşkarlandı (FOTO) like
  • 26 Sen 17:05  
Digərləri Gəncədə istifadəyə yararsız 294 kiloqram inək əti aşkarlandı (FOTO)

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində polis orq

arrow Ətraflı
"AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb like
  • 26 Sen 17:04  
Digərləri "AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb

Sentyabr ayının 26-da "AZERNEWS" onlayn qəzetinin növbəti nəşri

arrow Ətraflı
Ərdoğan: İstanbulda zəlzələ nəticəsində 8 nəfər yaralanıb like
  • 26 Sen 16:58  
Digərləri Ərdoğan: İstanbulda zəlzələ nəticəsində 8 nəfər yaralanıb

Bu gün İstanbulda baş vermiş zəlzələ nəticəsində 8 nəfər yaralanıb.

arrow Ətraflı
Ramiz Taxveli qayınanasını məhkəməyə verdi like
  • 26 Sen 16:57  
Kriminal Ramiz Taxveli qayınanasını məhkəməyə verdi

Arvadını 5-ci mərtəbənin balkonundan ataraq öldürməkdə təqsirləndiril

arrow Ətraflı