Narkomanlarla sakinlər arasında GƏRGİNLİK


Digərləri 26 Sen 2019 17:19:00 214 0

Narkomanlarla sakinlər arasında GƏRGİNLİK

Şəhərin mərkəzi - Yasamal rayonu, Şərifzadə küçəsi 229. yaşayış binalarının nəinki əhatəsində, doqquz mərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən tibb müəssisəsi - daha dəqiq desək, narkoloji dispanser fəaliyyət göstərir. Bu isə sakinlərin ciddi narahatlığına səbəb olub.

Son.az xəbər verir ki, ARB TV əməkdaşları adıçəkilən ünvana gedərək məsələ ilə yerində maraqlanıblar.

Narkomanlarla söhbət: "Sakinlərlə münasibətlər yaxşıdır, amma onların da arasında özünü apara bilməyənlər var".

Sakin: "Pis-pis söyüşlər söyürlər, dayanmaq olmur burada".

Müxbirin, burada hansısa bir hadisə törüdilə bilər sualına cavab verən tibb bacısı isə, hər şeyin baş verə biləcəyini bildirib.

Vəziyyətin qəlizliyini anlamaq üçün buranın sakini olmaq vacib deyil, ərazidə bir qədər müşahidə aparmaq da kifayət edir. Narkoloji dispanserdə stasionar qaydada müalicə alan xəstələrlə yanaşı, sadəcə qeydiyyatda olanlar da var. Hansı ki, necə deyərlər, sırf azarını öldürmək üçün bura üz tutur.

Sakin: "Uşaqlar nə öyrənəcəklər burdan? Burada hər gün eyni şeyləri, eyni sözləri, eyni söyüşləri eşidirik".

Binanın həyətində toplaşan onlarla narkoloji xəstə nalayiq ifadələr işlədərək söhbət edir, bəziləri isə xəstəxananın pəncərəsində paylarına düşən dərman qarışığının hazırlanmasını gözləyirlər. Növbəsi çatanlar isə özü ilə gətirdiyi digər vasitələri də verilən dərmanlara qataraq qəbul edirlər.

Narkomanlarla söhbət: "Gəlirik pəncərədən suyumuzu verirlər, içib gedirik".

Jurnalistin, müalicə prosesi hər zaman burada həyata keçirilir sualını cavablandıran narkomanlardan biri isə, bəli, müalicə prosesi burada aparılır, deyərək operatora çəkməməsi üçün acıqlanıb.

(adsgarden = window.adsgarden || []).push({});