Səhhəti pisləşdiyi deyilən Rasim Balayev: “Onlar adamı öldürərlər”


Şou-biznes 26 Sen 2019 17:09:00 255 0

Səhhəti pisləşdiyi deyilən Rasim Balayev: “Onlar adamı öldürərlər”

ARB TV-nin "Elgizlə İzlə" verilişində səhhəti pisləşdiyi xəbəri yayılan xalq artisti Rasim Balayevlə telefon bağlantısı yaradılıb.

Son.az bildirir ki, Xalq artisti haqqında yayılan xəbərləri təqzib edib:

"Saytdan zəng edib dedilər ki, müsahibə almaq istəyirik. Mən filmə çəkilmirəm nə soruşacaqsınız?Həm də indi müalicə alıram, sonra danışarıq.Yaz-payız intensiv olaraq fizioterapiya müalicəsi alıram. Mən başqa söz dedim, onlar tam başqa şey yazıblar. Guya demişəm ki, ayaqlarım tutulub, su yığılıb. Allaha and olsun ki, mən elə söz deməmişəm. Xəbəri ilk vermək üçün insanı öldürərlər. Onları məhkəməyə də verə bilərəm, amma öz vicdanlarına buraxıram. Bunların ali məqsədi odur ki, oxunaqlı olsunlar. Onun üçün də ağızlarına gələni yazırlar".

(adsgarden = window.adsgarden || []).push({});