Ramiz Taxveli qayınanasını məhkəməyə verdi


Kriminal 26 Sen 2019 16:57:00 277 0

Ramiz Taxveli qayınanasını məhkəməyə verdi

Arvadını 5-ci mərtəbənin balkonundan ataraq öldürməkdə təqsirləndirilən Ramiz Taxveli qayınanasına qarşı məhkəmə iddiası qaldırıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, R.Taxveli mərhum həyat yoldaşı Adelya Taxvelinin anası Samirə Süleymanovaya qarşı mülki iddia irəli sürüb. 

R.Taxvelinin vəkili Qanqa İbrahimov saytımıza açıqlamasında bildirib ki, S.Süleymanova hadisənin baş verdiyi mənzilin açarlarına özündə saxlayaraq Taxveli ailəsinə təhvil vermir: "Ev rəsmi olaraq, sənədlərlə Ramiz Taxvelinin adınadır. Samirə xanım isə evin açarlarını özündə saxlayır. Ramizin ailəsinin evə daxil olmasına, oradakı avadanlıqlardan istifadəyə, Ramizin şəxsi əşyalarını götürməyə icazə vermir. Eyni zamanda, həmin binanın qarajında saxlanılan və Ramizə məxsus "Lexus" markalı avtomobili də geri qaytarmaqdan imtina edir".

R.Taxvelinin ailəsi öncə polisə şikayət edib, oradan isə bu məsələnin mülki mübahisə olduğu bildirilib. Buna görə də mənzilin və maşının qaytarılması üçün R.Taxvelinin adından Nəsimi rayon Məhkəməsinə müraciət edilib.

İşə hakim Rəşid Səmədovun sədrliyi ilə baxılacaq.