Ərdoğan: İstanbulda zəlzələ nəticəsində 8 nəfər yaralanıb


Digərləri 26 Sen 2019 16:58:00 218 0

Ərdoğan: İstanbulda zəlzələ nəticəsində 8 nəfər yaralanıb

Bu gün İstanbulda baş vermiş zəlzələ nəticəsində 8 nəfər yaralanıb.

Bakı. Rufiz Hafizoğlu - Bu gün İstanbulda baş vermiş zəlzələ nəticəsində 8 nəfər yaralanıb. Trend-in məlumatına görə, bu rəqəmi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb. Türkiyə Prezidentinin sözlərinə görə, zəlzələ nəticəsində şəhərin bəzi yerlərində binalarda çatlar da əmələ gəlib. R.T.Ərdoğan qeyd edib ki, bu saata qədər 28 yeraltı təkan qeydə alınıb.