Cəlilabad sakinini bıçaqlayan şəxs üzərində narkotiklə tutuldu


Kriminal 26 Sen 2019 16:49:00 291 0

Cəlilabad sakinini bıçaqlayan şəxs üzərində narkotiklə tutuldu

Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 23-də şəhər sakini H.Əsgərova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Salyan rayon sakini S.Əliqi tutulub.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən S.Əliqinin yaşadığı Uzuntəpə kəndindəki evə baxış zamanı 6,205 qram marixuana aşkar edilərək götürülüb.

Görülmüş tədbirlərlə S.Əliqiyə narkotik vasitəni vermiş şəxsin onun qardaşı - Abşeron rayonunun Qobu qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Əliqi olması müəyyən edilib və o saxlanılıb.

Abşeron Rayon Polis İdarəsi və Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən onun yaşadığı evə baxış zamanı 2 kiloqram 50 qram marixuana, həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilmiş 6 ədəd çətənə kolu aşkar edilərək götürülüb.