İstanbulda zəlzələ məscidin minarəsini dağıtdı


Digərləri 26 Sen 2019 16:17:00 267 0

İstanbulda zəlzələ məscidin minarəsini dağıtdı

İstanbulda baş vermiş güclü zəlzələ nəticəsində məscidlərdən birinin minarəsi dağılıb

Bakı. Rufiz Hafizoğlu - İstanbulda baş vermiş güclü zəlzələ nəticəsində məscidlərdən birinin minarəsi dağılıb. Trend-in məlumatına görə, hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir. Qeyd edək ki, yeraltı təkanlar 5,8 bal gücündə olub. Zəlzələ yerin 5 kilometr dərinliyində qeydə alınıb. Hazırda məktəblərdə dərslərin dayandırıldığı bildirilir. Hər hansı dağıntı və ya insan tələfatı barədə hələlik məlumat yoxdur. Mobil operatorların işində problemlər yaranıb.