Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə İndoneziyanın musiqi alətləri hədiyyə olunub (FOTO)


Digərləri 26 Sen 2019 15:35:00 211 0

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə İndoneziyanın musiqi alətləri hədiyyə olunub (FOTO)

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə İndoneziyanın musiqi alətləri hədiyyə olunub

Bakı. İndoneziya Respublikasının ölkəmizdəki səfiri Husnan Bəy Fanani Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə İndoneziya milli musiqi alətləri olan anqklunq, qambanq, lodonq və digər musiqi alətləri hədiyyə edib. Trend-in məlumatına görə, Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova Husnan Bəy Fananiyə hədiyyələrə görə təşəkkürünü bildirib. Təqdim olunan musiqi alətləri muzeyin dünya xalqlarının musiqi alətləri kolleksiyasını daha da zənginləşdirəcəyi vurğulanıb. Təqdimat mərasimində Əməkdar artist, pianoçu Adilə Əliyeva F.Şopenin əsərlərini ifa edib.