Şəkidə ağac qaz xəttinin üzərinə düşdü


Digərləri 26 Sen 2019 14:55:00 204 0

Şəkidə ağac qaz xəttinin üzərinə düşdü

Şəki rayonunun Baltanı kəndində güclü küləyin əsməsi nəticəsində böyük bir ağac dametri 76 mm olan qaz xəttinin üzərinə aşıb.

Bu barədə Son.az "Azəriqaz" İstehsalat Birliyinə istinadən məlumat verir.

Bundan başqa bir ədəd fərdi tənzimləyici də sıradan çıxıb. Nəticədə 500 abonentin qaz təchizatı dayandırılıb. Hazırda "Azəriqaz" İB-nin Zaqatala Regional Qaz istismarı İdarəsinin işçiləri qazın bərpası üçün işləri davam etdirirlər.