Prezident Administrasiyası: Türkiyə hər zaman Dağlıq Qarabağ məsələsini gündəmdə saxlayacaq


Siyasət 26 Sen 2019 15:05:00 227 0

Prezident Administrasiyası: Türkiyə hər zaman Dağlıq Qarabağ məsələsini gündəmdə saxlayacaq

Türkiyə əvvəllər olduğu kimi hər zaman Dağlıq Qarabağ məsələsini gündəmdə saxlayacaq.

Son.az xəbər verir ki, bu barədə özəl olaraq Trend-ə Türkiyə Prezident Administrasiyasından bildiriblər.

Qeyd olunub ki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsindən kənarda həlli qəbulolunmazdır:

"Dağlıq Qarabağ problemi regionda ən aktual problemlərdəndir".

Administrasiyadan bildiriblər ki, münaqişənin indiyədək nizamlanmaması Azərbaycana qarşı tətbiq olunan ikili standartların nümunəsidir:

"Türkiyə hər zaman bütün sahələrdə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Azərbaycanı dəstəkləyib".