Qubada yeni məktəb tikiləcək FOTO


Digərləri 26 Sen 2019 15:00:00 299 0

Qubada yeni məktəb tikiləcək  FOTO

Quba rayonunun Zərdabi qəsəbəsində 960 şagird yerlik yeni məktəb binası inşa olunacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Zərdabi qəsəbə Bayram Şixəmirov adına tam orta məktəb üçün tililəcək yeni bina üçmərtəbəli olacaq.

Hazırda təhsil ocağının köhnə binasının sökülməsi işləri həyata keçirilir. Həmin binanın yerində inşa ediləcək yeni məktəbdə sinif, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompüter otaqları, laborotoriyalar, idman, akt, oxu zalları, kitabxana və yeməkxana olacaq.

Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz ediləcək. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də tikiləcək.