Prezident Administrasiyası: Türkiyə hər zaman Dağlıq Qarabağ məsələsini gündəmdə saxlayacaq (ÖZƏL)


Digərləri 26 Sen 2019 14:58:00 202 0

Prezident Administrasiyası: Türkiyə hər zaman Dağlıq Qarabağ məsələsini gündəmdə saxlayacaq (ÖZƏL)

Türkiyə əvvəllər olduğu kimi hər zaman Dağlıq Qarabağ məsələsini gündəmdə saxlayacaq

Bakı. Rufiz Hafizoğlu - Türkiyə əvvəllər olduğu kimi hər zaman Dağlıq Qarabağ məsələsini gündəmdə saxlayacaq. Bu barədə özəl olaraq Trend-ə Türkiyə Prezident Administrasiyasından bildiriblər. Qeyd olunub ki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsindən kənarda həlli qəbulolunmazdır: “Dağlıq Qarabağ problemi regionda ən aktual problemlərdəndir”. Administrasiyadan bildiriblər ki, münaqişənin indiyədək nizamlanmaması Azərbaycana qarşı tətbiq olunan ikili standartların nümunəsidir: “Türkiyə hər zaman bütün sahələrdə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Azərbaycanı dəstəkləyib”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin