Cinayətdə şübhəli bilinən 32 nəfər saxlanılıb


Kriminal 26 Sen 2019 14:46:00 285 0

Cinayətdə şübhəli bilinən 32 nəfər saxlanılıb

Sentyabrın 25-dən 26-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 24 cinayətin üstü "isti izlər"lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilib.