Elnarə yenə hədəfdə... “Ay modabazlar, dincəlin” FOTO


Şou-biznes 26 Sen 2019 14:05:00 335 0

Elnarə yenə hədəfdə...  “Ay modabazlar, dincəlin”  FOTO

Müğənni Elnarə Xəlilova yenə geyiminə görə tənqidlərə məruz qalıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi bu dəfə qırmızı ətəyi cins pencək, kənarı qaşla bəzədilmiş dairəvi eynək, zolaqlı köynək və uzun qırmızı sırğaları ilə uyğunlaşdırmağa çalışıb. O, liftdə fotosunu çəkərək instaqram səhifəsində paylaşıb.

Sosial şəbəkə istifadəçiləri müğənnini yenə tənqid etməyə başlayıblar. İfaçının geyimini şərh edənlərə cavabı gecikməyib.

Müğənni məşhur markanın geyimlərini paylaşaraq onu zövqsüz adlandıranlara belə deyib: "Qızlar, sadəcə məlumat üçün paylaşıram. Əslində tərz olaraq hər şey qaydasındadır".

Elnarə daha sonra bacısı Elina Xəlilovanın şəklini profilində yayaraq onun da eyni tərzdə geyindiyini bildirib: