Sumqayıtda zəncirvari qəza - 2 qadın və 1 kişi xəstəxanalıq oldu


Digərləri 26 Sen 2019 13:57:00 226 0

Sumqayıtda zəncirvari qəza - 2 qadın və 1 kişi xəstəxanalıq oldu

Sumqayıtda baş verən zəncirvari qəzada 3 nəfər xəsarət alıb.

Bakı. Ceyhun Ələkbərov - Sumqayıtda baş verən zəncirvari qəzada 3 nəfər xəsarət alıb. Trend-in məlumatına görə, bu gün səhər saatlarında Sumqayıtın Babək küçəsində bir neçə avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. Avtomobillərin toqquşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar. Xəstəxanaya çatdırılanlardan biri Sumqayıt sakini, digərləri isə Bakı sakinləridir. Onlar, 1971-ci təvəllüdlü İmanov Mehman Şükür oğlu döş qəfəsinin küt travması, 1970-ci il təvəllüdlü Qarayeva Pərvanə Rafiq qızı döş qəfəsinin küt travması və 2001-ci il təvəllüdlü Musayeva Aişə Şəadət qızı burundan sınıq xəsarətləri alıblar.