Tailand ABŞdan 8 "Boeing AH6i" alır


Dünya 26 Sen 2019 13:43:00 307 0

Tailand ABŞdan 8 "Boeing AH6i" alır

Tailand ordusu ABŞ-dan 8 yüngül "Boeing AH-6i" vertolyotu və avadanlıqlarını almağı planlaşdırıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, razılaşmanın dəyəri 12 milyard bat (392,16 milyon dollar) qiymətləndirilir.

Ölkənin Silahlı Qüvvələr komandanı Apirat Konqsomponq bildirib ki, ABŞ tərəfi ilə artıq bu barədə razılığa gəlinib.

Tailand rəsmisinin sözlərinə görə, alınan vertolyotlar ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə xidmət edəcək.