Polis Gəncədə itkin düşən üç uşaq anasının oğurlanmasına inanmır


Kriminal 26 Sen 2019 13:29:00 244 0

Polis Gəncədə itkin düşən üç uşaq anasının oğurlanmasına inanmır

Gəncə polisi Kəpəz rayon sakini, üç uşaq anası, 1990-cı il təvəllüdlü Vüsalə Hüseynovanın itkin düşməsi ilə bağlı araşdırma aparır.

Yerli medianın məlumatına görə, qadın sentyabrın 21-də evinin qabağından qaçırılıb.

Qohumları onun həyat yoldaşı Ramin Hüseynovun işdən evə qayıdanda pəncərənin şüşəsinin sındığını və yerdə qan damlaları gördüyünü bildirir. Bundan əlavə, evdə hər şey alt-üst edilibmiş. Buna görə qohumlar naməlum şəxsin mənfəət üçün evə girdiyini və çıxarkən qadını özü ilə apardığını ehtimal ediblər. 

Lakin Gəncə Şəhər Polis İdarəsi heç bir oğurluğun olmadığını bildirir. V.Hüseynova özü evdən qaçıb. Buna görə fakt oğurluq yox, itkin düşmə kimi qeyd olunub. Üstəlik, oğurluq faktının uyğunsuzluğu başqa bir versiyada da özünü göstərir. Belə ki, Hüseynovlar ailəsinin o qədər maddi imkanı yoxdur ki, cinayətkarlar qadını pul almaq məqsədilə qaçırsın.

Hazırda müstəntiqlər itkin düşmüş şəxsin axtarışı ilə məşğuldur.