“Övladı atıb, necə xoşbəxt olmaq olar?”


Şou-biznes 26 Sen 2019 13:02:00 259 0

“Övladı atıb, necə xoşbəxt olmaq olar?”

Ana olanlar Allaha şükür etsinlər. Çünki şərəfli işdir.

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova "Bizimləsən" proqramında qonaq olarkən deyib.

Sənətçi övladlarına etinasız yanaşan analara səslənib:

"Ana övlada daha yaxındır, çünki canından dünyaya gəlir. Övlada sahib çıxmaq atanın da, ananın da vacib borcudur. Heç kim sabahından sığortalanmayıb, taleyiniz qırıldısa, övladları qırmayın, yanıq qoymayın. Onların ürəyinə ləkə düşür. Onsuzda taleyiniz qırılıb. Uşaqlar gələcəyə addım atır, onlar niyə anasız qalsın?