Kapital bank "ağıllı" kassaları istifadəyə verdi!


Digərləri 26 Sen 2019 12:15:00 233 0

Kapital bank "ağıllı" kassaları istifadəyə verdi!

Kapital Bank korporativ müştərilər üçün smart kassa cihazlarını istifadəyə verdi. Cihazlar ənənəvi analoqlarından bir sıra üstünlükləri ilə seçilir. Belə ki, smart kassalar Android əməliyyat sistemi əsasında fəaliyyət göstərməklə yanaşı özündə POS terminal, kassa aparatı, uçot sistemi və hətta printer funksiyalarını birləşdirir. İstifadədə kifayət qədər sadə olmaqla touch screen, duos şəbəkə (WiFi və GPRS) ilə təchiz olunub, kamera, bluetooth və yaddaş kartına malikdir.

Smart kassalar, NFC tipli ötürücü ilə təmin olunub və mobil ödənişlər üçün əlverişlidir. Yəni rahatlıqla kart istifadə etmədən mobil telefon vasitəsilə bütün ödənişlər icra oluna bilər. Daha spesifik olsaq yeni nəsil "ağıllı" kassalar - POS terminal xidməti, kassa aparatı, NFC (təmassız), QR, taksitlə (aylara bölünərək ödəmə) ödənişlərin qəbulu, Cash-back və millərin dərhal hesablanması, BirBank ürəklər və ya analoji digər loyallıq sistemləri üzrə əməliyyatların aparılması, anbarda olan qalıq məhsullara nəzarət, Bar kodun oxunması, müştəri imzasının touch screen ekranda qoyulması və sair digər funksiyalara malikdir.

Kapital Bank tərəfdən təklif olunan bu cihazların daha bir əhəmiyyətli üstünlüyü isə onun bankın Müştəri Bank sisteminə qoşularaq məsafədən idarə olunması və cihazı onlayn rejimdə izləmə imkanıdır. Həmçinin, Bank sahibkarın istəyinə uyğun funksionalı məsafədən cihaza yükləyə bilər.

Yuxarıda qeyd edilənlərlə yanaşı müştərilərimiz üçün növbəti mərhələdə əhəmiyyətli yeniliklərdən biri, bu cihazların Vergilər Nazirliyinin informasiya sisteminə qoşulmasıdır. Gələcəkdə, Vergilər Nazirliyinin sistemi üzərindən nağdsız ödənişlərə görə qaytarılacaq 15%, nağd ödənişlərə görə isə 10% cash back məbləğini real rejimdə əldə etmək imkanı yaradılacaq. Kassa aparatı və sözügedən sistem arasında məlumat mübadiləsi onlayn rejimdə həyata keçirilərək məhsulun QR (sürətli məlumat) kodu çap olunacaq. Bu kod əsasında isə müştəri cashback məbləğini əldə edə biləcəkdir.