BNA: Avtobuslar əsasən ən çox şikayət oxunan istiqamətlərə veriləcək


Digərləri 26 Sen 2019 12:16:00 336 0

BNA: Avtobuslar əsasən ən çox şikayət oxunan istiqamətlərə veriləcək

Yeni avtobusların gətirilməsi və HUB-ların yaradılması ictimai nəqliyyatda qiymət artımına səbəb olmayacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib. O bildirib ki, hazırda ölkəyə gətirilən yeni avtobusların hansı istiqamətlər üzrə istifadəyə veriləcəyi müzakirə olunur:

"Avtobuslar əsasən Bakıətrafı kənd və qəsəbələrə xüsusilə ən çox şikayət oxunan istiqamətlərə veriləcək. Qala-Pirallahı, Mərdəkan, Bilgəh Buzovna, Maştağa, Pirşağı istiqamətlərinə avtobusların verilməsi nəzərdən keçirilir".

M.Ağayev qeyd edib ki, ilin sonuna qədər avtobusların gətirilib xəttə buraxılması yekunlaşdırılacaq:

"Daşıyıcılar tərəfindən də yeni avtobuslar gətirilir. Son 3 ildə daşıyıcılar tərəfindən 200 avtobus gətirilib, 1500 avtobus təmir olunub. Onlar hər avtobusu gətirə bilməz. Avtobuslar Nazirlər Kabinetinin tələblərinə cavab verməlidir".

(adsgarden = window.adsgarden || []).push({});