"Deyirlər, guya Bakıya qayıtmağa pulum yoxdur"


Şou-biznes 26 Sen 2019 12:16:00 216 0

"Deyirlər, guya Bakıya qayıtmağa pulum yoxdur"

Hazırda Türkiyədə müalicə alan Xalq artisti Naibə Allahverdiyeva haqqında deyilən şayiələrə aydınlıq gətirib.

Son.az axşam.az-a istinadən bildirir ki, aktrisa müalicəsinin davam etdiyini, buna görə Bakıya qayıda bilmədiyini söyləyib:

"Mənəvi dəstəyə görə hər kəsə təşəkkür edirəm. Sizin üçün çox darıxıram, vətənim üçün burnumun ucu göynəyir. Amma bəzi söhbətlərdən üzülürəm. Yazırlar ki, guya mənim Bakıya qayıtmağa pulum yoxdur. İnsanlardan kömək istəyirəm. Belə yalan xəbərlər yaymayın, mənim səhhətimə pis təsir edir. Tezliklə qayıdacam. Qayırmalı idim, amma səhhətim pisləşdi, qaldım".