Bakıda xəstəxanada uşaq ölü doğuldu


Digərləri 26 Sen 2019 12:53:00 249 0

Bakıda xəstəxanada uşaq ölü doğuldu

Biləcəridəki Mərkəzi Dəmiryolu Xəstəxanası orada baş vermiş uşaq ölümü ilə bağlı məsələyə münasibət bildirib. 

Son.az xəbər verir ki, xəstəxanadan oxu.az-a bildirilib ki, yeni doğulan körpədə həyat əlamətləri olmayıb:

"Abşeron rayonu, Qobu qəsəbə sakini, 20 yaşlı Səadət Qurbanova 39 həftəlik hamiləlik, baş gəlişi, birinci doğuşun üçüncü dövrü, iri döl diaqnozu ilə Mamalıq-ginekologiya bölməsinin doğum blokuna daxil olub.

Səadət Qurbanovaya və onun qohumlarına qeysəriyyə əməliyyatı təklif olunsa da, onlar bu təkliflə razılaşmayıb. Sentyabrın 23-də, saat 10:30-da təbii yolla çəkisi 4300 qr olan qız uşağı dünyaya gəlib. Yeni doğulan körpədə həyat əlamətləri olmayıb".

"Bütün zəruri reanimasion tədbirlərə baxmayaraq, onda həyat əlamətləri əmələ gəlməyib, ölüm qeydə alınıb", - məlumatda qeyd edilib.

Qeyd edək ki, ötən gün Mərkəzi Dəmiryolu Xəstəxanasında körpə ölümü ilə bağlı məlumat yayılıb.