Ağasəlim Çıldağın nikahdankənar övladı var? FOTO


Şou-biznes 26 Sen 2019 12:21:00 234 0

Ağasəlim Çıldağın nikahdankənar övladı var?  FOTO

Sosial şəbəkədə meyxana sənətinin əfsanəvi siması Ağasəlim Çıldaq haqda qalmaqallı xəbər yayılıb.

Son.az open.az-a istinadla xəbər verir ki, meyxanaçının İsveçdə Yusif adlı oğlunun olduğuna dair şayiələr gündəmi zəbt edib. Sosial şəbəkə hesablarında adı Josef olan Yusif tatu ustasıdır. Yusifin izləyicilərinin sayı 300 minə yaxındır. Onun azərbaycanlı olduğunu təsdiq edən səbəblərdən biri şəxsi hesabında Nərminə Səttarova adlı xanımı qohumu olaraq göstərməsidir. O, gənclik illərini də azərbaycanlı dostları ilə birlikdə Avropada keçirib.

Yusifin Ağasəlim Çıldağın nikahdankənar eşq yaşadığı xanımdan dünyaya gələn övladı olduğu qeyd olunub. Bundan başqa, onun bir bacısı olduğu da bildirilib. Məsələylə bağlı Yusiflə əlaqə yaratmağa çalışsaq da, o ismarışlarımızı cavabsız qoyub.

Xatırladaq ki, Ağasəlim Çıldaq 2008-ci ildə şəkər xəstəliyindən dünyasını dəyişib.

(adsgarden = window.adsgarden || []).push({});