FIFA oyunçuların icarəyə verilməsinin yeni qaydasını açıqlayıb


Digərləri 26 Sen 2019 12:37:00 256 0

FIFA oyunçuların icarəyə verilməsinin yeni qaydasını açıqlayıb

FIFA oyunçuların icarəyə verilməsi qaydasını və agentlərin ödənişlərindəki məhdudiyyətləri açıqlayıb

Bakı. FIFA oyunçuların icarəyə verilməsi qaydasını və agentlərin ödənişlərindəki məhdudiyyətləri açıqlayıb. Trend-in məlumatına görə, FIFA futbolçuların agentlərinə ödənişlərin məhdudlaşdırılmısını tövsiyə edib. Yeni təkliflərə görə, agentlər oyunçunun transfer məbləğinin 10 faizindən və maaşının üç faizindən çox qazanc əldə edə bilməyəcəklər. Futbolçunu əldə edən klub nümayəndələrinin gəliri isə oyunçunun alacağı məvacibin 3 faizindən çox olmamalıdır. Həmçinin, 2020/2021-ci il mövsümündən etibarən hər klub ən çox 8 oyunçu icarəyə verə və ya götürə bilər. Məhdudiyyət yalnız müxtəlif çempionatlardan olan klublar arasındakı razılaşmalara görə tətbiq edilir. 2022/2023 mövsümündə oyunçuların sayı 6-ya endiriləcək. Eləcə də 6 futbolçunun 3-ü və daha çoxu eyni kluba keçə bilməyəcək.