Tailand ABŞ-dan 8 "Boeing AH-6i" alır


Digərləri 26 Sen 2019 12:25:00 206 0

Tailand ABŞ-dan 8 "Boeing AH-6i" alır

Tailand ordusu ABŞ-dan 8 yüngül "Boeing AH-6i" vertolyotu və avadanlıqlarını almağı planlaşdırıb.

Bakı. Tailand ordusu ABŞ-dan 8 yüngül "Boeing AH-6i" vertolyotu və avadanlıqlarını almağı planlaşdırıb. Trend-in məlumatına görə, razılaşmanın dəyəri 12 milyard bat (392,16 milyon dollar) qiymətləndirilir. Ölkənin Silahlı Qüvvələr komandanı Apirat Konqsomponq bildirib ki, ABŞ tərəfi ilə artıq bu barədə razılığa gəlinib. Tailand rəsmisinin sözlərinə görə, alınan vertolyotlar ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə xidmət edəcək.