Gələn ildən Bakıda avtobusların mütləq əksəriyyəti kart sisteminə keçəcək


Digərləri 26 Sen 2019 12:00:00 276 0

Gələn ildən Bakıda avtobusların mütləq əksəriyyəti kart sisteminə keçəcək

2020-ci ildən Bakı şəhərində fəaliyyət göstərən bütün avtobusların mütləq əksəriyyəti kart sisteminə keçəcək

Bakı. Samir Əli - 2020-ci ildən Bakı şəhərində fəaliyyət göstərən bütün avtobusların mütləq əksəriyyəti kart sisteminə keçəcək. Trend-in məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib. O bildirib ki, hazırda avtobusların kart sisteminə keçid təmin olunmaqdadır: "Hazırda Bakıda fəaliyyət göstərən 2100 avtobusdan 503-ü kart sisteminə keçib. Bu isə ümumi avtobus parkının 25 faizidir. Avtobusların kart sisteminə keçidi təmin olunduqdan sonra dayanacaqlarda olan monitorların da tam şəkildə fəaliyyəti bərpa olunacaq. Bununla da sərnişinlər avtobusların gəlmə vaxtını dəqiq biləcəklər ".