Sumqayıtda 29 yaşlı gənc ürəyindən bıçaqlandı


Kriminal 26 Sen 2019 11:35:00 263 0

Sumqayıtda 29 yaşlı gənc ürəyindən bıçaqlandı

Sumqayıt şəhərində qətl hadisəsi baş verib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verib. 29 yaşlı Eldarov Şəhriyar Azad oğlu naməlum şəxslə mübahisə edib.

Mübahisə zamanı Şəhriyar iki bıçaq zərbəsi ilə qətlə yetirilib. Bıçaq zərbələrindən biri onun ürəyinə, digəri isə bel nahiyəsinə vurulub. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan Ş.Eldarovun həyatını xilas etmək mümkün olmayıb. Məlum olub ki, o, əvvəllər fərariliyə görə məhkum olunub. 

Faktla bağlı araşdırma aparılır.