Zümrüd Yağmurun Fuad Qəhrəmanlıdan boşanma işi üzrə məhkəmə prosesi təxirə salınıb - SƏBƏB?


Digərləri 26 Sen 2019 11:38:00 193 0

Zümrüd Yağmurun Fuad Qəhrəmanlıdan boşanma işi üzrə məhkəmə prosesi təxirə salınıb - SƏBƏB?

Bu gün Abşeron Rayon Məhkəməsində Zümrüd Yağmurun boşanma ərizəsi əsasında həyat yoldaşı, AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlıya qarşı məhkəmənin hazırlıq iclası təxirə salınıb.

Bakı. Samir Əli - Bu gün Abşeron Rayon Məhkəməsində Zümrüd Yağmurun boşanma ərizəsi əsasında həyat yoldaşı, AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlıya qarşı məhkəmənin hazırlıq iclası təxirə salınıb. Trend-in məlumatına görə, məhkəminin təxirə salınmasına səbəb F.Qəhrəmanlı və vəkilinin iclasa gəlməmələri olub. Qeyd edək ki, sentyabrın 19-da F.Qəhrəmanlının qızı Selcan Yağmur atasından imtina etməsi ilə bağlı məlumat yayıb. O, imtinaya səbəb kimi özünün, bacısının və anası Zümrüd Yağmurun F.Qəhrəmanlı tərəfindən dəfələrlə zorakılıq, təzyiq və şiddətlərə məruz qalmasını göstərib. Zümrüd Yağmur boşanma ərizəsi ilə məhkəməyə müraciət edib.