Ermənistanın keçmiş Müdafiə naziri bir neçə ailəni evsiz qoydu


Dünya 26 Sen 2019 11:13:00 227 0

Ermənistanın keçmiş Müdafiə naziri bir neçə ailəni evsiz qoydu

Ermənistanın keçmiş Müdafiə naziri Vigen Sarkisyan barəsində cinayət işi açılıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, V.Sarkisyan ötən ilin yanvar ayında Yerevanın Açapnyak rayonundakı çoxmərtəbəli binada mənzillər paylayıb.

Mövcud prosedura görə, mənzil paylanılması ilə Müdafiə Nazirliyinin mərkəzi mənzil komissiyası məşğul olmalı idi. Lakin V.Sarkisyan şəxsən özü 71 mənzildən 29-nu paylayıb.

Nəticədə isə ehtiyacı olan bir neçə məmur ailəsi mənzil ala bilməyib.