Bakıda Britaniya vətəndaşını meymun dişlədi


Digərləri 26 Sen 2019 10:05:00 368 0

Bakıda Britaniya vətəndaşını meymun dişlədi

Bakıda xarici turisti meymun dişləyib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə ötən gün Səbail rayonunda baş verib. Böyük Britaniya vətəndaşı olan 1960-cı il təvəllüdlü Donovan Debra Jayneni meymun dişləyib. Sol qolundan xəsarət alan şəxs 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Mərkəzdən verilən məlumata görə, turistə ilkin tibbi yardım göstərilib və quduzluğa qarşı iynə vurulub. Həkimlərin yardımından sonra D.Donovan öz istəyi ilə ambulator müalicəyə yola salınıb.