Deputat: “Fədayə Laçının bağışlanması mümkündür”


Digərləri 26 Sen 2019 10:45:00 199 0

Deputat: “Fədayə Laçının bağışlanması mümkündür”

REAL TV-nin rəhbəri Mirşahin Ağayev müəllifi olduğu proqramda hazırda həbsdə olan müğənni Fədayə Laçından söz açıb. Telejurnalist sənətçinin həbsdən azad olunması üçün müraciət edib.

"Siyasi məhbuslara xəyanəti bağışladıq, Fədaə Laçına da bəlkə sədaqətini bağışlayaq", - Mirşahin bildirib.

Mirşahin Ağayevin Fədayə Laçının həbsdən azad olunması üçün irəli sürdüyü təklif nəzərə alına bilərmi?

Son.az xəbər verir ki, mövzuyla bağlı Milli Məclisin deputatı Çingiz Qənizadə modern.az-a danışıb.

"Fədayə Laçın Azərbaycan musiqi sənətinin həyatında tanınan şəxslərdən biri olub. Qadındır, səhv edib, günahı olub, cinayət törədib, amma bağışlamaq böyüklükdür. Onun bağışlanması mümkündür. Hesab edirəm ki, ona qanunun imkan verdiyi həddə hansısa bir cəza tətbiq etməklə hökümünü təxirə salıb azadlığa buraxmaq olar".