Adriana Lima Emir Uyar sevgisi də belə bitdi FOTO


Digərləri 26 Sen 2019 10:32:00 251 0

Adriana Lima  Emir Uyar sevgisi də belə bitdi  FOTO

Yazar Metin Hara ilə ayrıldıqdan sonra könlünü yenidən türk iş adamına verən braziliyalı model Adriana Lima növbəti uğrusuzluğa düçar olub.

Son.az ölkə.az-a istinadən bildirir ki, il yarımlıq evlilikdən sonra bu ilin əvvəlində Metin Hara ilə ayrılan dünyaca tanınmış model Lima iş adam Emir Uyara könül vermişdi. Lakin Adriananın Emir Uyarla da eşq sevdası çox çəkmədi və çox qısa zamanda "eşq qanadları" sındı. Adriana və Emir bir həftə öncə Londonda sərgidə bir yerdə olsalar da, braziliyalı gözəl sürpriz bir formada bu eşqə vida edib.

Sən demə, Uyar Adrianadan bir reklam kimi istifadə edib. Belə ki, Adriana ilə birgə fotoları yayıldıqdan sonra Uyar müxtəlif mətbu orqanlarına reportaj və açıqlamalar verib. Adriana Uyarın ondan bir reklam kimi istifadə etdiyini düşündüyündən onunla sevgisinə nöqtə qoyub. Emir Uyar da Adriana Limanın bu cavabına adekvat formada reaksiya verərək əlaqələrinə son verib.

(adsgarden = window.adsgarden || []).push({});