Azərbaycan İlahiyyat İnstitutunun “İlahiyyat” ictimai fikir jurnalı çap olunub


Digərləri 26 Sen 2019 10:13:00 199 0

Azərbaycan İlahiyyat İnstitutunun “İlahiyyat” ictimai fikir jurnalı çap olunub

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İlahiyyat” ictimai fikir jurnalı çap olunub.

Bakı. Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İlahiyyat” ictimai fikir jurnalı çap olunub. On beş rubrikadan ibarət ictimai fikir jurnalında öz sahəsinin peşəkar mütəxəssisi olan elm adamlarının yazıları, ali təhsil müəssisəsi haqqında müxtəlif xəbərlər dərc olunub. Jurnalın ilk sayında, rəsmi guşədə Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı yer alıb. Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədovun “Milli qurtuluşumuzun banisi” başlıqlı yazısı “Tarix yazanlar” rubrikası altında dərc olunub. “Azərbaycan gerçəkliyi” rubrikasında filologiya üzrə fəlsəfə doktoru Vüqar Qaradağlının “Ana Dilimiz kimliyimizdir”; “Cəmiyyət və din” rubrikasında millət vəkili Fazil Mustafanın “İslamda qadına zorakılıq yoxdur” başlıqlı yazıları verilib. “İlahiyyat” ictimai fikir jurnalının “Təhsil” rubrikasında “Ali təhsil müəssisələrinin innovativ fəaliyyətinin idarə olunması”; “Cəmiyyət və din” rubrikasında “İslamda insan sağlamlığı”, eləcə də “Nikahın mahiyyəti və erkən nikaha dini baxış” başlıqlı məqalələr əksini tapıb. “Baxış bucağı” rubrikasında “Qlobal əxlaq düşüncəsi fəlsəfi müstəvidə”, “İmmanuel Kantın fəlsəfəsində dinə baxış”, “Успех не случаен” başlıqlı yazılar dərc olunub.