Avstraliyada telefondan istifadə edən sürücüləri aşkar edən texnologiya təqdim edilib


Digərləri 26 Sen 2019 08:41:00 283 0

Avstraliyada telefondan istifadə edən sürücüləri aşkar edən texnologiya təqdim edilib

Avstraliya hökuməti sükan arxasında sosial şəbəkələrdən istifadə edən sürücülərin şəklini çəkəcək kameralar quraşdırıblar. Sözügedən texnologiya hələ ki yalnız ölkənin bir ştatında yoxlanılacaq və qanunu pozanlar 230 dollar məbləğində cərimələnəcək.   Son.az ictnews.az-a istinadən bildirir ki, Avstraliyanın yol təhlükəsizliyi üzrə ekspertləri smartfonlardan istifadə edən sürücülərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayının artmasından narahatdırlar. Onların iddiasına görə, telefonlardan istifadə edən sürücülərin qəzaya düşmə ehtimalı 4 dəfə çoxdur.   Hökumət ştatlardan birində mobil telefonlardan istifadə edən sürücüləri  aşkar etmək üçün 45 kamera quraşdırmaq niyyətindədir. Bundan sonra kameraların sayı artırılacaq.   Bu sistemlərdən hər biri iki kameradan ibarətdir. Onlardan biri avtomobilin nömrəsinin şəklini çəkir, ön şüşəyə tuşlanmış digər kamera isə sürücünün nə ilə məşğul olduğunu qeydə ala bilər. Son.az

(adsgarden = window.adsgarden || []).push({});