Türkiyədə yol qəzasında 3 nəfər yaralanıb


Dünya 26 Sen 2019 08:33:00 237 0

Türkiyədə yol qəzasında 3 nəfər yaralanıb

Türkiyənin Samsun vilayətində iki avtomobilin iştirak etdiyi qəza nəticəsində 3 nəfər yaralanıb.

Son.az Trend-ə istinadən bildirir ki, maşınlardan biri aşaraq kanala düşüb. Həmin vaxtda kanalda su yox imiş.

Hadisə yerli vaxtla saat 21:30-da Canik bölgəsində olub.

Hadisə yerinə çox sayda təcili yardım, polis və yanğınsöndürmə maşınları göndərilib. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.