Azərbaycanda boşananların çoxu 5 ilə qədər evli olanlardır (ÖZƏL)


Digərləri 26 Sen 2019 08:31:08 287 0

Azərbaycanda boşananların çoxu 5 ilə qədər evli olanlardır (ÖZƏL)

Azərbaycanda boşananlar arasında nikahı 5 ilə qədər davam edənlər çoxluq təşkil edib.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda boşananlar arasında nikahı 5 ilə qədər davam edənlər çoxluq təşkil edib. Trend-in araşdırmasa görə, 2018-ci il ərzində Azərbaycanda 14857 boşanma qeydə alınıb. Boşananlarının 5296-nin nikahı 5 ilə qədər, 4188-nin nikahı 5-9 il, 3441-nin nikahı 10-19 il, 1932-nin nikahı 20 il və çox davam edib. Boşanmalar daha çox 30-34 yaşlı kişilər, 25-29 yaşlı qadınlar arasında qeydə alınır. Ötən il boşanan kişilərin 1-nin yaşı 18, 4-nün yaşı 19 olub. Qadınlara gəldikdə, ötən il 18 yaşında boşanan qadınların sayı 39, 19 yaşında boşanan qadınların sayı 141 nəfər olub. Ümumilikdə, 2018-ci ildə boşanan kişilərin 589-u 20-24 yaşlı, 2865-i 25-29 yaşlı, 3716-ı 30-34, 2751-i 35-39 yaşlı, 1790-ı 40-44 yaşlı, 1204-ü 45-49 yaşlı, 872-si 50-54 yaşlı, 560-ı 55-59 yaşlı, 462-i 60 və yuxarı yaşlı olub. Nikah vəziyyəti 5 ilədək davam edərək boşanan kişilər arasında 25-29 yaşlılar üstünlük təşkil edib. Ötən il 2025 nəfər 25-29 yaşlı kişi 5 ilədək davam edən nikahına son qoyub. 5-9 illik nikahlarından sonra boşanan kişilər arasında isə 30-34 yaşlılar çoxluq təşkil edib. Ötən il bu yaşda olan 1714 kişi boşanıb.