“Windows 7” sisteminin pulsuz dəstəklənmə müddəti uzadılıb


Digərləri 26 Sen 2019 08:21:00 252 0

“Windows 7” sisteminin pulsuz dəstəklənmə müddəti uzadılıb

"Microsoft" korporasiyası səsvermə üçün istifadə edilən kompüterlərə quraşdırılan "Windows 7" əməliyyat sisteminin pulsuz dəstəklənmə müddətini uzadıb. Korporasiya belə kompüterlərin yeni platformaya tez keçirilməsinin mümkün olmadığını etiraf edib.   Son.az ictnews.az-a istinadən bildirir ki, 14 yanvar 2020-ci ildə "Windows 7" sisteminin pulsuz dəstəklənmə müddəti başa çatacaq və "Microsoft" istifadəçilərə hazırda 900 milyondan çox qurğuda quraşdırılan yeni "Windows 10" sisteminə keçidin vacibliyini xatırlatmaqda davam edir.   Lakin korporasiya tərəfindən "Windows 7 - ESU" (Extended Security Updates - genişləndirilmiş təhlükəsizlik yeniləmələri) sisteminin uzadılmış dəstəyi təklif ediləcək. O, pullu olacaq və çoxlu kompüter avadanlığına malik şirkətlərə baha başa gələcək.   "Microsoft" 2020-ci ilin noyabrında ABŞ prezidenti seçkiləri zamanı cəlb ediləcək kompüterlərə quraşdırılan "Windows 7" sisteminin pulsuz dəstəklənmə müddətini uzadıb. Bu, digər ölkələrin avadanlıqlarına da şamil ediləcək.     Seçki sistemləri üçün edilmiş istisna təhlükəsizliklə əlaqələndirilir. Seçkilər zamanı bu qurğuların kiberhücumlara məruz qala bilməsinə görə onların əməliyyat sisteminin təhlükəsizlik yeniləmələri vaxtında edilməlidir. Son.az

(adsgarden = window.adsgarden || []).push({});