İmişlidə 4 ton ot bağlaması yanıb


Digərləri 26 Sen 2019 08:03:00 322 0

İmişlidə 4 ton ot bağlaması yanıb

İmişli rayonunda 4 ton ot bağlaması yanıb.

Son.az Trend-ə istinadən bildirir ki, rayonun Məzrəli kəndində 8 ton ot bağlamasının 4 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.