“Anglo Asian Mining” Azərbaycanda planlaşdırılan qızıl hasilatı həcmini açıqlayıb


Digərləri 26 Sen 2019 08:07:00 239 0

“Anglo Asian Mining” Azərbaycanda planlaşdırılan qızıl hasilatı həcmini açıqlayıb

"Anglo Asian Mining" şirkəti 2019-cu ilin sonunadək Azərbaycanda 82-86 min unsiya qızıl hasil etməyi planlaşdırır.

Son.az xəbər verir ki, bu barədə Trend-ə şirkətdən məlumat veriblər.

Məlumata əsasən, şirkət daha iki ölkədə fəaliyyətə başlamağı planlaşdırır və hazırda bununla bağlı danışıqlar gedir.

2019-cu ilin birinci yarısında "Anglo Asian Mining" Azərbaycanda 34 min 394 unsiya qızıl istehsal edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz çoxdur.

Bu ilin ilk 6 ayı ərzində 963 ton mis (39 faiz artım), 84,58 min unsiyaya yaxın gümüş (0,3 faiz azalma) hasil olunub.